Bakı. Trend:
İngiltərənin "Liverpul" klubu “Parma”nın gənc müdafiəçisi Covanni Leoni ilə 2031-ci ilə qədər müqavilə bağlamaq barədə prinsipial razılıq əldə edib.
Trend-in insayder Nikolo Skiraya istinadən verdiyi məlumata görə, “qırmızılar” 18 yaşlı futbolçu üçün italiyan klubuna 35 milyon avro təklif etməyi planlaşdırır.
Müqavilənin şərtlərinə əsasən, Leoni bir mövsüm icarə əsasında “Parma”da qala bilər.
Qeyd edək ki, A Seriyasının ötən mövsümündə Covanni Leoni 17 oyun keçirib.