...

Bu gün UEFA Superkuboku uğrunda PSJ və "Tottenhem" qarşılaşacaq

İdman Materials 13 Avqust 2025 08:34 (UTC +04:00)
Bu gün UEFA Superkuboku uğrunda PSJ və "Tottenhem" qarşılaşacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün UEFA Superkubokunun final matçı baş tutacaq. Futbol azarkeşlərinin maraqla gözlədiyi oyunda UEFA Çempionlar Liqasının qalibi PSJ, UEFA Avropa Liqasının qalibi "Tottenhem"lə üz-üzə gələcək.

Trend-in məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da, İtaliyanın Udine şəhərindəki "Dacia Arena" stadionunda başlayacaq.

Qeyd edək ki, PSJ son oyununda klublararası dünya çempionatının finalında "Çelsi"yə 0:3 hesabı ilə uduzub. "Tottenhem" isə yoxlama görüşündə "Bavariya"ya 1:4 hesabı ilə məğlub olub.

Xəbər lenti

Xəbər lenti