...

"Qarabağ" bu mövsüm Çempionlar Liqasında ən çox qol vuran komandalar arasında yer alır

İdman Materials 13 Avqust 2025 14:04 (UTC +04:00)
"Qarabağ" bu mövsüm Çempionlar Liqasında ən çox qol vuran komandalar arasında yer alır
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Bu mövsüm UEFA Çempionlar Liqasında (ÇL) ən çox qol vuran komandalarının siyahısı açıqlanıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, turnirə II təsnifat mərhələsindən başlayan “Qarabağ” ilk “üçlük”də qərarlaşıb.

Qurban Qurbanovun komandası bu mövsüm ÇL-də keçirdiyi 4 oyunda vurduğu 10 qolla Polşanın “Lex” və Serbiyanın “Srvena Zvezda” klubları ilə birlikdə 2-4-cü yerləri bölüşdürür. Siyahıya 6 qarşılaşmada 11 dəfə rəqib qapısına yol tapan İsveçin “Malmö” komandası başçılıq edir.

Reytinqdə ilk “beşliy”i Azərbaycan çempionunun pley-off mərhələsindəki rəqibi “Ferensvaroş” tamamlayır. Macarıstan təmsilçisi 4 görüşdə 9 qolla yadda qalıb.

İlk “onluq”da, həmçinin Danimarkanın “Kopenhagen” (4 oyun, 8 qol), Qazaxıstanın “Kayrat” (6 oyun, 7 qol), Slovakiyanın “Slovan” və Şotlandiyanın “Reyncers” (hər ikisi 4 oyun, 7 qol) kollektivləri yer alır.

Xatırladaq ki, "Qarabağ" III təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" komandasına iki oyunun nəticəsinə əsasən 6:1 hesabı ilə qalib gələrək növbəti raunda vəsiqə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti