...

“Qarabağ” Liqa mərhələsinə çıxsa, 23 milyon avroya yaxın gəlir əldə edəcək - ÇL

İdman Materials 13 Avqust 2025 15:44 (UTC +04:00)
“Qarabağ” Liqa mərhələsinə çıxsa, 23 milyon avroya yaxın gəlir əldə edəcək - ÇL
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Qarabağ"ın UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanacağı təqdirdə əldə edəcəyi gəlir bəlli olub.

Trend xəbər verir ki, Ağdam təmsilçisi pley-offda Macarıstanın “Ferensvaroş” klubunu mübarizədən kənarlaşdırsa, Liqa mərhələsində çıxış edəcək və buna görə 18,6 milyon avro qazanacaq.

Azərbaycan çempionu pley-off mərhələsinə adladığı üçün artıq 4,3 milyon avronu təmin edib. Bu isə o deməkdir ki, Liqa mərhələsinə vəsiqə “Qarabağ”a ümumilikdə 22,9 milyon avro qazandıracaq.

Qeyd edək ki, “Qarabağ” "Ferensvaroş"la ilk görüşünü avqustun 19-da səfərdə, cavab matçını isə 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.

Xəbər lenti

Xəbər lenti