Bakı. Trend:
Transfer çalışmaları çərçivəsində "Kəpəz" daha bir futbolçunu heyətinə cəlb edib.
Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı müdafiəçi Cefferson Masiel Bentu Gəncə təmsilçisinə keçib. 22 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.
Cefferson son olaraq Portuqaliyanın “Portimonense” klubunun formasını geyinib. Masiel Bentu 2024/2025-ci illər mövsümündə Portiman şəhəri təmsilçisinin heyətində 14 oyun keçirib.
Qeyd edək ki, "Kəpəz" daha öncə Şakir Seyidov (son klubu "Sabah"), Pedro Qomes (son klubu "Boavişta", Portuqaliya), Adama Fofana (son klubu “Adanaspor”, Türkiyə), Otar Aptsiauri (son klubu "Dinamo", Gürcüstan), Kaçper Rosa (son klubu "Motor", Polşa), Fərid Nəbiyev (son klubu "Səbail"), Olavale Onanuqa (son klubu "Bnei Yehuda", İsrail), Vitor Feijaonu (son klubu "Sentral Kost Mariners", Avstraliya) transfer edib.