...

"Turan Tovuz" Alexandro Serranonu yenidən komandaya qaytardı

İdman Materials 13 Avqust 2025 20:20 (UTC +04:00)
"Turan Tovuz" Alexandro Serranonu yenidən komandaya qaytardı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Turan Tovuz" futbolçu Alexandro Serranonu yenidən komandaya qaytarıb.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yeni razılaşmaya əsasən ispaniyalı yarımmüdafiəçi 2026/2027-ci illər mövsümünün sonunadək tovuzluların şərəfini qoruyacaq.

Qeyd edək ki, Alexandro Serrano "Turan Tovuz"un heyətində Premyer Liqada 70 oyun keçirib və 5 qol vurub. Onun bu yayın əvvəlində müqavilə müddəti bitdiyinə görə komandadan ayrılığı bildirilmişdi.

Xəbər lenti

Xəbər lenti