...

"Neftçi"dən ayrılan futbolçu Portuqaliya klubuna keçdi

İdman Materials 14 Avqust 2025 15:28 (UTC +04:00)
"Neftçi"dən ayrılan futbolçu Portuqaliya klubuna keçdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu yay "Neftçi"dən ayrılan Rafael Quzzonun yeni klubu müəyyənləşib.

Trend xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

Quzzo "Maritimu" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı futbolçu 2-ci Liqa təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Rafael Quzzo 2024/2025 mövsümündə "Neftçi"nin formasını geyinib. Bu ilin iyun ayında "Neftçi" Quzzo ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.

Xəbər lenti

Xəbər lenti