...

Mərakeş yığması Ərəb Millətlər Kubokunun qalibi olub

İdman Materials 19 Dekabr 2025 04:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mərakeş milli komandası Ərəb Millətlər Kubokunun qalibi olub.

Trend xəbər verir ki, Qətərin Lusial şəhərində keçirilən final qarşılaşmasında Mərakeş yığması İordaniya millisi ilə üz-üzə gəlib.

Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə olunmuş vaxtın 100-cü dəqiqəsində Mərakeş yığması həlledici qolu vuraraq qalib gəlib.

Bu qələbə sayəsində Mərakeş millisi tarixində ikinci dəfə Ərəb Millətlər Kubokuna sahib çıxıb.

Xəbər lenti

Xəbər lenti