...

Benzema "Əl-İttihad"ın növbəti matçında oynamamağa qərar verdi

İdman Materials 29 Yanvar 2026 08:05 (UTC +04:00)

Bakı. Trend:

"Əl-İttihad" hücumçusu Karim Benzema komandası üçün oynamamağa qərar verib.

Trend xəbər verir ki, 38 yaşlı hücumçu klubun yeni müqavilə təklifindən narazıdır və rəhbərliyə bildirib ki, növbəti matç olan "Əl-Fateh" ilə görüşdə iştirak etməyəcək. Benzemanın "Əl-İttihad" ilə mövcud müqaviləsi 30 iyun tarixinədək qüvvədədir.

Qeyd edək ki, cari mövsümdə Benzema Səudiyyə Ərəbistanı çempionatında 14 oyunda 8 qol vurub.

Xəbər lenti

Xəbər lenti