Bakı. Trend:
"Mançester Siti"nin qapıçısı Ştefan Orteqa İngiltərə Premyer Liqasında klubunu dəyişəcək.
Trend xəbər verir ki, "Nottingem Forest" almaniyalı qolkiperin keçidini həll edib.
Məlumata görə, "qırmızılar" 33 yaşlı "əlcək sahibi"ni mövsümün sonuna qədər icarəyə götürəcək. Təcrübəli futbolçu bu gün "Nottingem Forest" üçün tibbi müayinədən keçəcək.
Qeyd edək ki, Ştefan Orteqa 2022-ci ilin yayından "Mançester Siti"də çıxış edir.
