...

"Şamaxı" "Kəpəz"i, "Sabah" isə "Zirə"ni məğlub etdi - Premyer Liqa

İdman Materials 31 Yanvar 2026 19:27 (UTC +04:00)
"Şamaxı" "Kəpəz"i, "Sabah" isə "Zirə"ni məğlub etdi - Premyer Liqa

Bakı. Trend:

Misli Premyer Liqasında XXIII turun növbəti oyunları keçirilib.

Trend xəbər verir ki, əvvəlcə "Kəpəz" və "Şamaxı" komandaları üz-üzə gəlib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün ikinci görüşündə "Sabah" səfərdə "Zirə" ilə qarşılaşıb. Bu matçda da qonaqlar sevinən tərəf olublar - 3:1.

Bu nəticədən sonra xallarını 43-ə çatdıran "Sabah" liderliyini möhkəmləndirib.

"Zirə" isə 29 xalla 5-ci pillədə qalıb.

Xəbər lenti

Xəbər lenti