...

Kəmər dərəcələri üzrə ilin ilk rəsmi imtahanı keçirildi

İdman Materials 31 Yanvar 2026 21:37 (UTC +04:00)
Kəmər dərəcələri üzrə ilin ilk rəsmi imtahanı keçirildi

Bakı. Trend:

Yanvarın 31-də Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə milli komandaların Təlim-Məşq Mərkəzində kəmər dərəcələri üzrə ilin ilk rəsmi imtahanı keçirilib.

Trend xəbər verir ki, imtahanda 505 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə imtahan verib. İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.

Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.

Xəbər lenti

Xəbər lenti