Bakı. Trend:
Premyer Liqanın 10 futbolçusu 2025-ci il üçün Birləşmiş Krallığın Maliyyə Nazirliyinə ümumilikdə 100 milyon funt sterlinqdən çox vəsait ödəyib.
Trend xəbər verir ki, bu barədə "The Athletic Sunday" məlumat yayıb. Hesablamalar 10 yanvar tarixində təqdim edilmiş şirkətlərin maliyyə hesabatlarına əsaslanaraq, sahiblik payına uyğun aparılır. Şəxsi vergi ödənişləri, əgər şəxs Birləşmiş Krallığın vergi sakini sayılmırsa, nəzərə alınmır.
2025-ci il üçün Premyer Liqanın top-10 vergi ödəyən oyunçuları:
1. Erlinq Haaland (“Mançester Siti”) – 16,9 milyon funt
2.Məhəmməd Salah (“Liverpul”) – 14,5 milyon
3. Kasemiro (“Mançester Yunayted”) – 10,9 milyon
4. Rahim Sterlinq (“Çelsi”) – 9,8 milyon
5. Vircil van Deyk (“Liverpul”) – 9,7 milyon
6-7. Bruno Fernandes (“Mançester Yunayted”) – 9 milyon
6-7. Bernardo Silva (“Mançester Siti”) – 9 milyon
8. Omar Marmuş (“Mançester Siti”) – 8,8 milyon
9. Qabriel Jesus (“Arsenal”) – 7,9 milyon
10.Kay Haverts (“Arsenal”) – 7,8 milyon