Bakı. Trend:
"Atalanta"nın futbolçusu Ademola Lukman “Atletiko”ya keçəcək. Əvvəlcə məlum olmuşdu ki, klublar 28 yaşlı hücumçunun transferi üzrə razılığa gəlib. Adı Fənərbaxça" ilə də hallanan futbolçu özü də keçidə razılıq verib.
Trend "Sky Sport"a istinadən xəbər verir ki, transferin məbləği 36 milyon avro olacaq, həmçinin 4 milyon avro həcmində bonus ödənişləri də nəzərdə tutulub.
Qeyd edək ki, cari A Seriyası mövsümündə nigeriyalı futbolçu 12 oyun keçirib və 2 qol vurub.