Bakı. Trend:
“Kristal Pelas”ın hücumçusu Jan-Filipp Mateta 30 milyon avro dəyərində razılaşma ilə “Milan”a transfer olunmağa yaxındır.
Trend xəbər verir ki, tərəflər arasında 3,5 mövsümlük müqavilə üzrə şəxsi şərtlər artıq razılaşdırılıb.
Məlumata görə, futbolçunun agentləri transferin son tarixdən əvvəl qısa zamanda yekunlaşması üçün danışıqları sürətləndirirlər. Matetaya təklif olunan maaş mövsümünə 3,5 milyon avro təşkil edir.
Bu səbəbdən hücumçunun həftəsonu “Kristal Pelas”ın oyununda iştirak etməyəcəyi bildirilir.
