Bakı. Trend:
İtaliyanın “Roma” klubu heyətini yeni cinah oyunçusu ilə gücləndirməyə hazırlaşır.
Trend xəbər verir ki, paytaxt təmsilçisi Almaniyanın “Bavariya” klubuna məxsus olan və hazırda İspaniyanın “Selta” komandasında icarə əsasında çıxış edən Brayan Sarqosanı transfer etməyə yaxındır.
Mənbənin bildirdiyinə görə, İtaliya və Almaniya klubları futbolçunun satınalma hüququ ilə icarəsi barədə şifahi razılıq əldə ediblər. Bu hüquq müəyyən şərtlər daxilində məcburi xarakter alacaq. “Selta” isə icarənin vaxtından əvvəl dayandırılmasına görə kompensasiya alacaq. Daha əvvəl Sarqosa “Roma” ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb.
Cari mövsümdə 26 oyunda iştirak edən ispan vinger iki qol vurub və dörd məhsuldar ötürmə edib. Futbolçunun “Bavariya” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına əsasən, Brayan Sarqosanın bazar dəyəri 10 milyon avro (təxminən 20 milyon AZN) təşkil edir.
