...

Çiro İmmobilenin yeni klubu açıqlandı

İdman Materials 2 Fevral 2026 09:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya millisinin sabiq üzvü Çiro İmmobilenin yeni klubu bəlli olub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Paris" 35 yaşlı hücumçunun transferini açıqlayıb.

Fransanın Liqa 1 təmsilçisinin yaydığı məlumatda futbolçu ilə 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalandığı bildirilib. İmmobile Fransada 36 nömrəli formanı geyinəcək.

İtaliyalı gücumçunun son klubu "Bolonya" olub və orada cəmi 9 oyun keçirib.

Təcrübəli hücumçu "Yuventus", "Beşiktaş", "Cenoa", "Torino", "Borussiya", "Sevilya", "Siena", "Sorrento", "Qrosseto", "Bolonya" və "Latsio" klubunda oynayıb. İmmobile həmçinin İtaliya millisində 57 oyun keçirib (17 qol və 8 məhsuldar ötürmə) və 2021-ci il Avropa çempionu olub.

Xəbər lenti

Xəbər lenti