...

SOCAR İzmirdə keçiriləcək XIX neft emalı və neft-kimya konfransında təmsil olunacaq

İqtisadiyyat Materials 24 Avqust 2016 15:28 (UTC +04:00)
Sentyabrın 19-21-də Türkiyənin İzmir şəhərində XIX Mərkəzi, Şərqi Avropa və Türkiyə regionu: neft emalı və neft-kimya konfransı keçiriləcək.
SOCAR İzmirdə keçiriləcək XIX neft emalı və neft-kimya konfransında təmsil olunacaq

Bakı. Trend:

Sentyabrın 19-21-də Türkiyənin İzmir şəhərində XIX Mərkəzi, Şərqi Avropa və Türkiyə regionu: neft emalı və neft-kimya konfransı keçiriləcək.

SOCAR-dan Trend-ə verilən məlumata görə, konfransda “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov və şirkətin digər nümayəndələrinin iştirakı nəzərdə tutulur.

İki gün davam edəcək konfransda neft emalı və neft-kimya sənayesindəki yeniliklər müzakirə ediləcək. Həmçinin SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim PetroKimya Holding A.Ş.”nin ərazisində inşasını davam etdirdiyi “Star” neft emalı zavodunda və “Petkim”də aparılan işlər barədə məlumat veriləcək.

Qeyd edək ki, SOCAR 2008-ci il mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları isə belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti