...

Bakıda yeraltı keçidə aşan "Land Rover"in vurduğu ziyan müəyyən edilib

İqtisadiyyat Materials 9 Sentyabr 2016 12:57 (UTC +04:00)
Səbail rayonu, Neftçilər prospektində (Dövlət Kukla Teatrının qarşısı) Land Rover markalı avtomobilin yeraltı keçidin çıxışına çırpılması nəticəsində yol təsərüfatına dəyən ziyanın həcmi müəyyən edilib.
Bakıda yeraltı keçidə aşan "Land Rover"in vurduğu ziyan müəyyən edilib

Bakı. Elçin Mehdiyev - Trend:

Səbail rayonu, Neftçilər prospektində (Dövlət Kukla Teatrının qarşısı) Land Rover markalı avtomobilin yeraltı keçidin çıxışına çırpılması nəticəsində yol təsərüfatına dəyən ziyanın həcmi müəyyən edilib.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə bildirib ki, ilkin hesablamalara görə, qəza nəticəsində yol təsərrüfatına 8 min manat ziyan dəyib.

A.Nəfəli qeyd edib ki, qəza nəticəsində işıq dirəyi aşıb, keçidin içərisində və çölündə üzlük daşlar, o cümlədən mərmər daşlar yararsız vəziyyətə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti