...

“Mastercard” dünyanda ən çox ziyarət olunan şəhərlərin siyahısını dərc edib

İqtisadiyyat Materials 17 Oktyabr 2016 16:33 (UTC +04:00)
“Mastercard” şirkəti dünyanın ən çox səyahət edilən şəhərləri və bu şəhərlərdə turistlərin xərcləri barədə ətraflı məlumatı özündə əks etdirən “Qlobal İstiqamətlər üzrə Şəhərlər İndeksi” (“Global Destinations Cities Index”) adlı hesabatını dərc edib.
“Mastercard” dünyanda ən çox ziyarət olunan şəhərlərin siyahısını dərc edib

Bakı. Trend:

“Mastercard” şirkəti dünyanın ən çox səyahət edilən şəhərləri və bu şəhərlərdə turistlərin xərcləri barədə ətraflı məlumatı özündə əks etdirən “Qlobal İstiqamətlər üzrə Şəhərlər İndeksi” (“Global Destinations Cities Index”) adlı hesabatını dərc edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, hesabata əsasən, turistlər tərəfindən 2016-cı ildə ən çox ziyarət edilən şəhər Banqkok olub. Onun ardınca siyahıda London və Paris yer alır.

Azərbaycan turistlərinin ən sevimli istiqamətlərindən biri sayılan Dubay Orta Şərq və Afrika regionunda ən çox ziyarət edilən şəhər olub, qlobal reytinqdə isə dördüncü yerdə qərarlaşıb. Bundan başqa, Əbu-Dabi 81%-lik artım tempi ilə regionda ən sürətlə inkişaf edən şəhər olaraq dəyərləndirilib, bu da Birləşmiş Ərəb Əmirliyini həm ən çox ziyarət edilən, həm də sürətlə inkişaf edən ölkələr sırasında ardıcıl olaraq iki il birinci sırada saxlayır.

Hesabata ən çox ziyarət olunan 132 ölkə üzrə təhlil daxildir ki, burada 2016-cı ildə müxtəlif şəhərlərə səyahət edən turistlərin ümumi sayını, onların xərclərini və insanların nə cür səyahət etdiyini və nə qədər pul xərclədikləri əks olunur. Hesabatda əsasən, Banqkoku 2016-cı ildə 21.47 mln. turist ziyarət edəcək ki, bununla da Tailandın paytaxtı siyahıda onun ardınca qərarlaşan London və Parisi geridə qoyub. Builki hesabatın ən çox təəccüb doğuran məqamı Dubayın top-şəhərlər siyahısında yer almağı olub ki, bu da turistlərin bu şəhərdə ümumi xərclərinin 31,3 mlrd. ABŞ dolları təşkil etyindən irəli gəlir. Londonda bu il turistlər tərəfindən cəmi 19 mlrd. dollar xərclənəcəyi proqnozlaşdırılır.

“İnsanların səyahət və xərc tərzləri dünya şəhərlərinin bir-birinə nə qədər bağlı və əhəmiyyətli olduğunu göstərir. Səyahət planlaması və ümumilikdə, səyahət zamanı əldə edilmiş təcrübə artıq daha çox əhəmiyyət daşımağa başlayır ki, “Mastercard” da bütün bunları innovasiya və yeni imkanlar vasitəsilə bir araya gətirir”, - deyə “Mastercard”ın beynəlxalq bazarlar üzrə prezidenti Enn Keyrns bildirib.

Araşdırma ilk dəfə olaraq səyahətlərin biznes və ya turizm məqsədli olmasını təhlil edir və beynəlxalq ziyarətçilərin qidalanma, yerləşmə və alış-veriş də daxil olmaqla xərcləmə vərdişləri haqqında məlumatları nəzərə alır. 2016-cı ilin hesabatı onu göstərir ki, top-20 şəhər üzrə (Şanxay istisna olmaqla) insanlar ən çox turizm məqsədilə səyahət edirlər. Bu şəhərləri ziyarət edən turistlər qidalanma ilə müqayisədə ən çox alış-veriş üçün pul xərcləyirlər. Amsterdam, Barselona, İstanbul, Milan, Paris, Praqa və Vyana kimi Avropa şəhərlərində isə qidalanmaya xərclənən vəsait üstünlük təşkil edir.

Eyni zamanda, hesabat hər region üzrə top-istiqamələri də müəyyənləşdirib. Asiya və Saki okean regionu həm qlobal top-onluğa, həm də 10 ən sürətlə inkişaf edən şəhərlər siyahısına liderlik edir. Paris, İstanbul, Barselona və Amsterdam kimi şəhərləri geridə qoyan London siyahıda dünya üzrə ikinci, Avropa üzrə isə birinci yerdə qərarlaşır. Latın Amerikası regionunda isə Lima şəhəri 4,03 mln. turistlə ən çox səyahət edilən və dinamik inkişaf edən şəhərlər siyahısına başçılıq edir. Buna baxmayaraq, ziyarətçilərin xərclədikləri vəsaitin həcminə görə sıralama dəyişir: Punta-Kana (Dominikan Respublikası) 2,95 mlrd. dollar göstərici ilə regionda birincidir, onun ardınca Mexiko şəhəri gəlir (2,27 mlrd. dollar).

“Mastercard” şəhərlərin ticarət mərkəzləri kimi əhəmiyyətini anlayır və idarəetmə orqanları və istehlakçılar üçün daha effektiv və rahat olan müasir texnologiyaları alqışlayır. Buna misal olaraq London və Çikaqoda kontaktsız ödənişlərin geniş yayılmasını göstərmək olar. Hesabat aviaşirkətlərə, hotellərə və digər turizm servislərinə daha keyfiyyətli xidmət göstərmələrinə imkan yaradır.

Hesabatla bağlı ətraflı məlumatı buradan əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti