...

Qəza zamanı yol təsərrüfatına ziyan dəyib (FOTO)

İqtisadiyyat Materials 28 Oktyabr 2016 11:30 (UTC +04:00)
Ötən gün gecə saatlarında Nəriman Nərimanov rayonunda baş verən yol qəzası zamanı yol təsərrüfatına ziyan dəyib.
Qəza zamanı yol təsərrüfatına ziyan dəyib (FOTO)

Bakı. Trend:

Ötən gün gecə saatlarında Nəriman Nərimanov rayonunda baş verən yol qəzası zamanı yol təsərrüfatına ziyan dəyib.

"Azəravtoyol" ASC-dən Trend-ə verilən məlumata görə, “Lada Priora” markalı avtomobilin Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsündə “20 yanvar dairəsi” istiqamətində hərəkətdə olarkən körpünün mühəccərlərinə çırpılıb, nəticədə mühəccərlərin bir hissəsi dağılıb və deformasiyaya uğrayıb.

Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, qəza zamanı yol ötürücüsünün 8 paqon-metr məhəccəri dağılıb və deformasiyaya uğrayıb, nəticədə yol təsərrüfatına təqribən 1200 manat ziyan dəyib. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti