...

Azərbaycana gələn xaricilərin 30 faizdən çoxu Rusiya vətəndaşlarıdır

İqtisadiyyat Materials 1 Noyabr 2016 16:29 (UTC +04:00)
Azərbaycana daxil olan xarici vətəndaşların 32 faizdən çoxu Rusiya vətəndaşlarıdır.
Azərbaycana gələn xaricilərin 30 faizdən çoxu Rusiya vətəndaşlarıdır

Bakı - Trend:

Azərbaycana daxil olan xarici vətəndaşların 32 faizdən çoxu Rusiya vətəndaşlarıdır. Trend-in məlumatına görə, bu açıqlamanı Azərbaycan-Rusiya forumu çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi Turizm Departamentinin rəhbəri Rauf Paşayev verib.

O, turizm sektorunun Azərbaycan iqtisadiyyatında mühüm rol oynadığını bildirib. R.Paşayev deyib: “Ötən il ölkə iqtisadiyyatında turizmin həcmi 3 faizdən çox olub. Bu, neft ölkəsi üçün kifayət qədər yaxşı göstəricidir.”

Bu gün Bakıda VII Azərbaycan-Rusiya regionlararası forumu keçirilib. Forum çərçivəsində iki ölkə arasında bir çox sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti