...

SOCAR Polymer layihəsi üzrə cari xərclər 340 milyon dollar təşkil edir

İqtisadiyyat Materials 5 Noyabr 2016 14:26 (UTC +04:00)

Sumqayıt. Maksim Tsurkov -Trend:

Azərbaycanda yüksək sıxlıqlı polipropilen və polietilen zavodunun tikintisini nəzərdə tutan SOCAR Polymer layihəsi üzrə xərclər 340 milyon dollar təşkil edir. Trend-in məlumatına görə, bu sözləri layihənin rəhbəri Fərid Cəfərov deyib.

O qeyd edib ki, zavodun tikintisi qrafikə uyğun olaraq davam edir.

SOCAR Polymer layihəsinin ümumi həcmi 750 milyon dollar təşkil edir. Zavodun 2018-ci ilin birinci rübündə hazır olacağı planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti