...

SOCAR Türkiyədə "inqilab" edəcək

İqtisadiyyat Materials 10 Noyabr 2016 07:52 (UTC +04:00)
Türkiyədə SOCAR-ın törəmə idarəsi "SOCAR Turkey" kimya səneyesi parkı yaratmaq niyyətindədir.
SOCAR Türkiyədə "inqilab" edəcək

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyədə SOCAR-ın törəmə idarəsi "SOCAR Turkey" kimya səneyesi parkı yaratmaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə SOCAR-ın Türkiyə üzrə məsləhətçisi Həyati Öztürk İstanbulda keçirilən "Dizayn və innovasiyalar" Forumunda deyib.

Onun sözlərinə görə, kimya səneyesi parkının yaradılması Türkiyə üçün innovasiyadır.

H.Öztürk qeyd edib ki, Türkiyədə kimyəvi məhsullara tələbat getdikcə artır və SOCAR-ın kimya istehsalatının təşkili üzrə yeni modeli Türkiyədə yeni istehsal konsepsiyası yaradacaq.

O deyib: "Metandan etilen alınması üzrə işlər aparılır. Bu, enerji sektoru üçün əsl inqilab olacaq, belə ki, ölkənin neftdən asılılıq səviyyəsini azaldacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti