...

Azərbaycan ilə AİB arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

İqtisadiyyat Materials 15 Noyabr 2016 13:15 (UTC +04:00)
Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Vençay Janq arasında görüş keçirilib.
Azərbaycan ilə AİB arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Bakı. Trend:

Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Vençay Janq arasında görüş keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, Ş.Mövsümov ARDNF-nin fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi və investisiya fəaliyyəti, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) çərçivəsində Azərbaycanın gördüyü işlər barədə məlumat verib.

Görüş zamanı V.Janq AİB-in dəstəyi ilə Azərbaycanda həyata keçirilən layihələr barədə danışıb. Görüşdə, həmçinin Azərbaycan ilə AİB arasında əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti