...

"Günəşli" yatağındakı 274 nömrəli quyu istismara verilib

İqtisadiyyat Materials 13 Yanvar 2017 10:30 (UTC +04:00)
“Günəşli” yatağındakı 274 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
"Günəşli" yatağındakı 274 nömrəli quyu istismara verilib

Bakı. Trend:

“Günəşli” yatağındakı 274 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, “Günəşli” yatağındakı 15 saylı dərin dəniz özülündən 274 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin IX horizontundan fontan üsulu ilə məhsul verib, 2909-2840 metr intervaldan sutkalıq 100 ton neft və 24 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti