...

"Bazarstore" "Qara Qarayev"də fəaliyyətə başlayıb (FOTO)

İqtisadiyyat Materials 31 Yanvar 2017 15:22 (UTC +04:00)
“Bazarstore” mağazalar şəbəkəsi metronun "Qara Qarayev" stansiyasının yaxınlığında növbəti mağazasını istehlakçıların istifadəsinə verib.
"Bazarstore" "Qara Qarayev"də fəaliyyətə başlayıb  (FOTO)

Bakı. Trend:

“Bazarstore” mağazalar şəbəkəsi metronun "Qara Qarayev" stansiyasının yaxınlığında növbəti mağazasını istehlakçıların istifadəsinə verib.

"Azersun Holding"dən Trend-ə verilən məlumata görə, 25 min çeşiddə məhsulun olduğu mağazanın ümumi sahəsi 3000 m²-dir. Burada müştərilərin rahat alış-verişi üçün hər cür şərait yaradılıb.

Geniş avtopark, sərfəli qiymətə menyular təklif edən kafe, 12 ayadək faizsiz kreditlə elektrik məişət avadanlıqlarının satıldığı şöbə və digər xidmətlər mövcuddur. Açılış münasibətilə təşkil edilən kampaniyalardakı hədiyyəli və endirilmli məhsullar müştərilərə sərfəli alış-veriş imkanı yaradır. “Bol çeşid, sərfəli qiymət, yüksək keyfiyyət” şüarı ilə fəaliyyət göstərən, qida təhlükəsizliyinə mühüm əhəmiyyət verən “Bazarstore”da müştərilərin həssaslıqla yanaşdığı ət məhsulları halaldır və kəsim işləri İslami qaydalara uyğun həyata keçirilir. Məhsullar gündəlik olaraq müəssisənin keyfiyyətə nəzarət mütəxəssisləri tərəfindən yoxlanılır. Burada bişirilən isti çörəklər və digər un məmulatları, hər zaman təzə meyvə-tərəvəz, halal kəsilmiş dana və quzu ətləri, balıq və süd məhsulları öz təzəliyi və sərfəli qiymətləri ilə seçilir.

Yalnız “Bazarstore”da satılan idxal məhsulları – tekstil, qab-qacaq, ev əşyaları, oyuncaq çeşidləri həm keyfiyyəti, həm də qiyməti ilə müştərilərin diqqətini cəlb edir.

Qeyd edək ki, "Qara Qarayev" metrostansiyasının yaxınlığında açılan mağaza "Bazarstore" şəbəkəsinin 24-cü filialıdır. Burada yüksək endirim aksiyaları və kampaniyalar davam edir. Fürsətləri qaçırmayın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti