...

Bank of Baku korporativ müştərilərinə yeni məhsulunu təklif edir

İqtisadiyyat Materials 6 Fevral 2017 12:26 (UTC +04:00)

Bakı. Trend:

Bank of Baku iş adamlarına özəl yeni İŞKART məhsulunu təqdim edir.

Bank sektorunun innovatoru, pərakəndə bankçılıq sahəsinin uzun illər lideri kimi mövqeyini qoruyub saxlayan Bank of Baku korporativ bankçılıq sahəsində də bazarın lideri olmağa iddialıdır. Korporativ müştəriləri üçün məhsul və xidmət şəbəkəsini genişləndirən Bank iş adamlarına özəl yeni İŞKART – biznes kart məhsulunu təqdim edir.

İŞKART NƏDİR VƏ KİM İŞKART ƏLDƏ EDƏ BİLƏR?

İŞKART – Bank of Bakunun sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə təqdim etdiyi VÖEN hesabına bağlı Debet MasterCard kartıdır. Kartı sahibkarlıq fəaliyyəti ilə məşğul olan həm fiziki, həm də hüquqi şəxslər, eləcə də VÖEN hesabına malik vergi ödəyicisi olan istənilən şəxs əldə edə bilər.

İŞKART SAHİBLƏRİNƏ ƏSAS HANSI ÜSTÜNLÜKLƏRİ QAZANDIRACAQ?

Onlayn ödənişlər etmə imkanına sahib olacaq
Gömrük və digər rüsumları POS terminalla ödəmə imkanı əldə edəcək
Nağdsız ödənişlərdə 0.5% nağdlaşdırma komissiyasından və 1% vergidən azad olunacaq
24/7 ATM-dən və POS terminaldan nağdlaşdırma edə biləcək
Güzəştli nağdlaşdırma tarifindən faydalanacaq
AZN/USD/EUR hesablara bağlı kart alacaq

Bu və bir çox digər üstünlükləri özündə birləşdirən İŞKART – biznes kart məhsulunu korporativ müştərilər AZN/USD/EUR valyutasında 12 və ya 24 ay müddətinə əldə edə bilərlər. Bank of Baku-nun digər debet kartlarında olduğu kimi, İŞKART balansını kart sahibləri Bankın “Cash-in” ödəniş terminalı, MilliÖn və E-manat terminalları vasitəsilə cəmi 5 saniyə ərzində artırmaq imkanına malikdirlər.

Bank of Bakunun “Rəqəmsal Bankçılıq və Layihələrin İdarəedilməsi Departamenti”nin direktoru Anar Abbasov: “adından da göründüyü kimi İŞKART məhz iş adamlarının – kiçik və orta sahibkarların, VÖEN hesabı ilə fəaliyyət göstərən fiziki şəxslərin işini asanlaşdıracaq biznes kartıdır. Əminliyimizi bildirmək istərdim ki, bu kart çox qısa müddət ərzində hər bir iş adamının arzuladığı kart olmaqla bazarın liderinə çevrilə biləcək. İŞKART-ın özəllikləri, sahibinə qazandırdığı üstünlükləri və gələcəkdə tətbiqini nəzərdə tutduğumuz yenilikləri bunu deməyə bizə tam əsas verir. Hal-hazırda mövcud üstünlüklərindən sahibinə qat-qat daha böyük imkanlar qazandıracaq İŞKART-ın çoxfunksiyalı məhsul olması istiqamətində xüsusi işlər görülür. Yaxın zamanlarda, korporativ müştərilərimizi həm İŞKART, həm də digər məhsullarımızdakı yeniliklərimizlə sevindirməyi düşünürük” deyə qeyd edib.

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Məqalədə:
Xəbər lenti

Xəbər lenti