Bakı. Trend:
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının icarəyə verilməsi ilə bağlı müsabiqə elan olunub.
Bu barədə Trend-ə Komitədəın məlumat verilib.
“Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”na əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi 65 ünvanında yerləşən, “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun balansındakı 5 mərtəbəli inzibati binanın yarımzirzəmi və zirzəmi hissəsində olan 61,4 kv.m., 67,1 kv.m., 88,2 kv.m., 31,6 kv.m. və 32,6 kv.m. qeyri-yaşayış sahələrinin (daşınmaz dövlət əmlakı obyektlərinin) icarəyə verilməsi üzrə müsabiqə elan edilib.
Qeyd edilməlidir ki, müsabiqə barədə müvafiq elanlar komitənin özəlləşdirmə portalında (privarization.az), rəsmi internet səhifəsində (emdk.gov.az) yerləşdirilmiş və “Mülkiyyət” qəzetində dərc edilmişdir. Aşağıdakı linkə daxil olmaqla müsabiqəyə çıxarılan əmlaklar haqqında daha ətraflı məlumat əldə etmək olar: https://goo.gl/0d7elj
Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək hüququna malik olan (qanunvericiliklə məhdudiyyət müəyyən edilmiş hallar istisna olmaqla) yerli və xarici fiziki və hüquqi şəxslər iştirak edə bilərlər.
Bu elanlarda müsabiqəyə çıxarılan obyektlərin ünvanı, sahəsi, fəaliyyət növü, mövcud vəziyyəti və xarakteristikası barədə ətraflı məlumatlar yerləşdirilir. Həmçinin elanlarda obyektin aylıq start icarə haqqı məbləği, müsabiqədə iştirak etməyə hüquq verən, obyektin aylıq start icarə haqqı məbləğinin 10 faizi həcmində hesablanan beh kimi ödəniləcək icarə haqqı məbləği barədə bütün məlumatlar əks olunub.
Sifarişçilər qarşısında icarəyə verilən obyektin məxsus olduğu müəssisənin spesifik fəaliyyət profilinə uyğun olaraq təyinatı üzrə istifadə edilməsini təmin etmək, icarəyə verilən obyektin ərazisində yerləşdiyi müəssisənin fəaliyyətinə maneçilik yaradılmaması, birgə istifadə olunan kommunikasiya xətlərinə xələl gətirilməməsi, kommunikasiya xətlərindən birgə istifadə edilməsi, icarəyə verilən obyektin xarici görünüşünün və memarlıq elementlərinin qorunub saxlanılması və dövlət büdcəsinə ödəniləcək icarə haqqına dair təklifin verilməsi kimi şərtlər qoyulub.
Həmçinin müsabiqə elanlarında sifarişçilər tərəfindən təqdim olunmalı sənədlər və müsabiqə qalibinə tətbiq edilən şərt və tələblər barədə də məlumatlar verilir. Sifarişçilər müsabiqə haqqında əlavə məlumat əldə etmək və müsabiqəyə çıxarılan obyektlə tanış olmaq üçün də elanlarda ünvan və əlaqə nömrələri göstərilib. Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin binasında 14 mart 2017-ci il tarixində, saat 1100-da başlayacaq.