...

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" tender elan edib

İqtisadiyyat Materials 20 Fevral 2017 11:57 (UTC +04:00)
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC təsərrüfat mallarının açıq müsabiqə üsulu ilə satınalınmasını elan edib.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" tender elan edib

Bakı. Trend:

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC təsərrüfat mallarının açıq müsabiqə üsulu ilə satınalınmasını elan edib.

QSC-dən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtləri) (qiymət təklifi istisna olmaqla) 23 fevral 2017-ci il saat 17.00-dək təqdim etməlidirlər. Qiymət təklifi isə möhürlənmiş ikiqat zərfdə 27 fevral 2017-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 28 fevral 2017-cı il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Müsabiqədə iştirak etmək istəyənlər 100 manat iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti