...

“Lamborghini” də avtomobillərini geri çağırdı

İqtisadiyyat Materials 1 Mart 2017 20:55 (UTC +04:00)

Bakı. Trend

"Lamborghini" şirkətinin Rusiyadakı təmsilçisi ölkədə "Aventador" və "Veneno" modelindən 42 avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, bu avtomobillərdə yanacaq doldurma zamanı yanacağın filtr sisteminə sızması ehtimalı olduğu bildirilib. Bu isə filtr sisteminin sıradan çıxmasına səbəb olur.

Məlumata görə, geri çağırılan avtomobillər 2012-2017-ci illərdə satılıb.

Qeyd edək ki, "Lamborghini" ötən ay dünya üzrə 6 minə yaxın avtomobilini geri çağırmışdı.

Xəbər lenti

Xəbər lenti