...

Azərbaycan "İTB Berlin 2017" beynəlxalq turizm sərgisində təmsil olunur (FOTO)

İqtisadiyyat Materials 9 Mart 2017 13:17 (UTC +04:00)
Almaniyanın Berlin şəhərində keçirilən “İTB Berlin 2017” beynəlxalq turizm sərgisində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edir.
Azərbaycan "İTB Berlin 2017" beynəlxalq turizm sərgisində təmsil olunur (FOTO)

Bakı. Trend:

8-12 mart tarixlərində Almaniyanın Berlin şəhərində keçirilən “İTB Berlin 2017” beynəlxalq turizm sərgisində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edir.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, sərgidə 16 yerli turizm şirkəti - (SW travel, Improtex Travel, Geo-travel, Premier Tour, Ran Tur, ENC Tours, Victory Tour, President travel, The Tour, STI, Al travel, Via Caucasus, Millennium Tourism, Gilan Hospitality, Turizm.az, Green Apple), 5 mehmanxana (Excelsior Hotel, Badamdar Hotel, Bilgah Beach Hotel, Shamakhi Palace Sharadil, Boulevard Hotel Baku), Azərbycan Hava Yolları və Turizm və Milli İnkişafına Dəstək İctimai Birliyi iştirak edir. Bununla yanaşı, sərgidə cari ilin 23 – 25 iyun tarixlərində Bakı şəhərində keçiriləcək “Formula 1 Avropa Qran Prisi”nin təşkilat komitəsi və İçərişəhər Dövlət Tarix-Memarliq Qoruğu İdarəsi də təmsil olunur.

Sərginin açılışında Ə.Qarayev və Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov iştirak ediblər. Ə.Qarayev “İTB Berlin 2017” sərgisində Azərbaycan stendini açaraq, iştirakçı şirkətlərə uğurlar arzulayıb.

Sonra Almaniya parlamentinin Turizm komitəsinin sədri Heike Brehmer və Seyşelin turizm naziri Alain St. Ange ilə milli stendimizdə ikitərəfli görüşlər keçirilib. Görüşlərdə Almaniya ilə turizm sahəsində əməkdaşlıq məsələləri, eləcə də Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının baş katibliyinə namizədlərdən biri olan Seyşelin turizm naziri ilə fikir mübadiləsi aparılıb.

Sərgidə Azərbaycanın turizm potensialını özündə əks etdirən 94 kv.m-lik stend hazırlanıb və sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və alman dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 2004-cü ildən etibarən “İTB Berlin” beynəlxalq turizm sərgisində iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti