...

"Azər Türk Bank" birinci rübü mənfəətlə başa vurub

İqtisadiyyat Materials 19 Aprel 2017 13:06 (UTC +04:00)
"Azər Türk Bank" birinci rübü mənfəətlə başa vurub

Bakı. Trend:

"Azər Türk Bank"ın 31 mart 2017-ci il tarixinə aktivləri 291 468 min manat səviyyəsində olub.

Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kredit portfelinin həcmi 139,8 milyon manat təşkil etmişdir. Bankın məcmu kapitalı, tutulmalardan sonra, 54 776 min manat, məcmu kapitalın adekvatlıq əmsalı 30,87 faiz səviyyəsindədir.

Bank aktivlərinin səmərəliliyini əks etdirən ROA əmsalı 1,10 faiz, kapitalın gəlirliliyi (ROE) 7,24 faiz təşkil edib. Ümumi gəlirlər 7 milyon 493 min manat, xərclər 6,4 milyon manat təşkil edib, bankın xalis mənfəəti 1,064 milyon manatdan çox olub. Bankın depozit potfeli 191,9 milyon manat həcmindədir.
"Azər Türk Bank"ın nizamnamə kapitalı 50 milyon manat səviyyəsindədir.

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti