...

Həftə sonu Bakı Şopinq Festivalı çərçivəsində musiqi proqramları davam edir (FOTO)

İqtisadiyyat Materials 1 May 2017 13:26 (UTC +04:00)

Bakı. Trend:

Həftə sonu Bakı Şopinq Festivalı çərçivəsində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin uşaq musiqi və incəsənət məktəblərinin nağaraçalanlar ansamblları, rəqs kollektivləri və “Aysel” rəqs ansamblı “Park Bulvar”, “28 mall” və “Gənclik mall”da musiqi proqramları ilə çıxış ediblər.

İdarədən Trend-ə verilən məlumata görə, ifa olunan musiqi nömrələri turist və şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, aprelin 10-dan mayın 10-dək davam edəcək Şopinq festivalda Bakı Şəhər Mədəniyyət Və Turizm Baş İdarəsinin musiqi məktəbləri rəngarəng konsert proqramları ilə tədbirlərdə iştirak edəcəklər.

Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.

Aşağıdakı telefon nömrəsi və elektron poçt vasitəsilə, BŞF haqqında ətraflı informasiya almaq və təşkilatçılarla əlaqə saxlamaq olar: telefon: 0124982063, e-mail: [email protected], web: www.bakushopfest.com.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti