...

Beynəlxalq Bankın yenilənmiş Qaradağ filialı istifadəyə verilib (FOTO)

İqtisadiyyat Materials 3 May 2017 14:41 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının yenilənmiş Qaradağ filialı istifadəyə verilib.
Beynəlxalq Bankın yenilənmiş Qaradağ filialı istifadəyə verilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Bankının Qaradağ filialının yeni konseptdə qurulmuş ofisi müştərilərin istifadəsinə verilib.

Bankdan Trend-ə verilən məlumata görə, filial bundan sonra Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi– 29 ünvanındakı “Sahil” İş Mərkəzində fəaliyyət göstərəcək. Ən müasir bankçılıq texnologiyaları ilə təmin olunmuş filialda müştərilərə yüksək xidmət üçün hər cür şərait yaradılıb.

Xidmət ofislərinin yeni konseptə uyğunlaşdırılması Bankda reallaşdırılan filialların transformasiyası layihəsi çərçivəsində həyata keçirilir. Bundan əvvəl Azərbaycan Beynəlxalq Bankının Müştəri Xidməti Departamentinin Pərakəndə xidmət ofisi də yeni konseptdə qurulub. Bu proses mərhələ-mərhələ başqa filial və şöbələrdə də davam etdiriləcək. Layihə üzrə filiallarda müştərilərə xidmət prosesinin sadələşdirilməsi, məlumat mübadiləsinin daha sürətli və effektiv aparılması, növbədə gözləmə müddətlərinin qısaldılması yolu ilə müştəri məmnuniyyətinin yüksəldilməsi nəzərdə tutulub.

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti