...

Azərbaycanın ticarət nümayəndəliklərinin saxlanılması üçün vəsaitin məbləği açıqlanıb

İqtisadiyyat Materials 30 İyun 2017 20:09 (UTC +04:00)
Azərbaycan 2017-ci ildə xarici ölkələrdəki ticarət nümayəndəliklərinin saxlanılması üçün 3,7 milyon manat vəsait ayıracaq
Azərbaycanın ticarət nümayəndəliklərinin saxlanılması üçün vəsaitin məbləği açıqlanıb

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan 2017-ci ildə xarici ölkələrdəki ticarət nümayəndəliklərinin saxlanılması üçün 3,7 milyon manat vəsait ayıracaq.

Trend-in məlumatına görə, bu, Milli Məclisin plenar iclasında bu gün qəbul olunmuş “2017-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərdə nəzərdə tutulur.

Dəyişikliklərə əsasən, bu vəsaitlər dövlət büdcəsindən İqtisadiyyat Nazirliyinə ayrılacaq.

Xatırladaq ki, bu ilin əvvəlindən Azərbaycan Rusiyada, Çində və BƏƏ-də ticarət nümayəndəlikləri açıb. İl ərzində digər ölkələrdə də ticarət nümayəndəliklərinin açılması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti