...

“Azərişıq” Yevlax Elektrik Şəbəkəsini yeniləyir

İqtisadiyyat Materials 7 İyul 2017 12:57 (UTC +04:00)
Yevlax Elektrik Şəbəkəsində yenidənqurma işləri sürətlənib.
“Azərişıq” Yevlax Elektrik Şəbəkəsini yeniləyir

Bakı. Trend:

Yevlax Elektrik Şəbəkəsində yenidənqurma işləri sürətlənib.

“Azərişıq” ASC-dən Trend-ə verilən məlumata görə, rayon mərkəzi, 2 qəsəbə, 49 kəndi özündə birləşdirən, 27 000 abonenti olmaqla 128 min nəfər əhaliyə xidmət edən Yevlax Elektrik Şəbəkəsində son iki ildə geniş miqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilir.

ASC tərəfindən 1 ədəd 35/10 kV-luq yeni yarımstansiya tikilib, 31 ədəd komplekt transformator məntəqəsi qurlaşdırılıb. Həmçinin, Yevlax EŞ-nin yeni inzibati binası tikilərək istifadəyə verilib.

Şəbəkənin xidməti ərazisində 1767 ədəd dayaq, 44 000 metr kabel, 25 200 metr uzunluğunda yeni naqil çəkilib. Bu işlər rayonun Xaldan, Aşağı Qarxun, Duzdağ, Qaroğlan, Aşağı Bucaq kəndlərində həyata keçirilib.

Hazırda rayonun Yenicə, Aşağı Salamabad, Yuxarı Salamabad, Əcəmi, Gülövşə, Bəydilli, Hacıselli, Havarlı, Marzıllı və Əkşəm kəndlərində 0.4 kV-luq naqillərin ÖİN (özünüdaşıyan izolyasiyalı naqillərlər) kabellərlə əvəz olunması və 10-6 kV-luq dayaqların və naqillərin dəyişdirilməsi istiqamətində işlər sürətlə həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti