...

Şamaxı Elektrik Şəbəkəsi yenidən qurulur

İqtisadiyyat Materials 13 İyul 2017 16:41 (UTC +04:00)
“Azərişıq” ASC Şamaxı Elektrik Şəbəkəsini yenidən qurur
Şamaxı Elektrik Şəbəkəsi yenidən qurulur

Bakı. Trend:

“Azərişıq” ASC Şamaxı Elektrik Şəbəkəsini yenidən qurur.

ASC-dən Trend-ə verilən məlumata görə, rayon mərkəzi, 5 qəsəbə, 57 kəndi özündə birləşdirən, 22 min abonenti olmaqla 100 min nəfər əhaliyə xidmət edən Şamaxı Elektrik Şəbəkəsində (EŞ) geniş miqyaslı tikinti, yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilir.

Şamaxı rayonunda 1 ədəd 35/10 kV-luq 1x1.6 MVA gücündə “Pirqulu” yarımstansiyası yeni inşa edilib və 1x2.5 MVA gücündə yeni transformator quraşdırılıb. Həmçinin, Şamaxı EŞ-nin xidməti ərazisində 47 ədəd köhnə KTM-lər müxtəlif güclü yeni KTM-lərlə (Komplekt Transformator Məntəqəsi) əvəz edilib.

Son iki ildə Şamaxı rayonu ərazisində 10 kV-luq hava xətti üzrə 1.212 ədəd dayaq, 54.5 km naqil yenilənib. 0,4 kV-luq hava xətti üzrə isə 44.14 km ÖİN (Özünüdaşıyan İzolyasiyalı Naqillər) kabel xətti, 36.0 km hava xətti çəkilib.

“Azərişıq” ASC-nin daxili imkanları hesabına ümumi 2705 abonent olmaqla, 12 min əhalisi olan Qaleybuğurd, Muğanlı, Mirikənd, Hacılı, Kiçik Xınıslı, Mərzəndiyyə, Nağaraxana kəndləri və Sabir qəsəbəsində kabelləşmə işləri hazırda davam etdirılır.

Ümumilikdə, indiyədək Şamaxı rayonunun mərkəzində, 7 kənd və 1 qəsəbədə 0,4 kV-luq şəbəkələrdə tam kabelləşmə işləri aparılıb, 9 ədəd yeni müxtəlif güclü KTM-lər quraşdırılıb, 46.3 km 0,4 kV-luq ÖİN kabel xətti çəkilib.

Bundan başqa, 2 qəsəbə olmaqla 9 kənddə 38 ədəd yeni KTM quraşdırılması, 54,66 km 10 kV-luq hava elektrik verilişi xətlərinin çəkilməsi və 159,2 km 0,4 kV-luq şəbəkənin ÖİN xəttlərlə yenidənqurulması işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti