...

"Azər Türk Bank"ın məcmu kapitalının adekvatlığı 40 faizi ötüb

İqtisadiyyat Materials 24 İyul 2017 10:12 (UTC +04:00)
"Azər Türk Bank"ın məcmu kapitalının adekvatlığı 40 faizi ötüb.
"Azər Türk Bank"ın məcmu kapitalının adekvatlığı 40 faizi ötüb

Bakı. Trend:

"Azər Türk Bank"ın məcmu kapitalının adekvatlığı 40 faizi ötüb.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

Bildirilir ki, 30 iyun 2017-ci il tarixinə Bankın aktivləri 311 623 min manat səviyyəsində olub. Kredit portfelinin həcmi 126,7 milyon manat təşkil edib. Bankın məcmu kapitalı, tutulmalardan sonra, 54 811 min manat, məcmu kapitalın adekvatlıq əmsalı 40,84 faiz səviyyəsindədir.

Ümumi gəlirlər 12 milyon 544 min manat, xərclər 11,1 milyon manat təşkil etmiş, bankın xalis mənfəəti 1 milyon 430 min manatdan çox olub. Bankın depozit potfeli 206,3 milyon manat həcmindədir. Azər Türk Bankın nizamnamə kapitalı 50 milyon manat səviyyəsindədir.

22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti