...

"Doyarka" kəsmiyində nöqsan aşkar edilib

İqtisadiyyat Materials 3 Avqust 2017 12:06 (UTC +04:00)
"Doyarka" kəsmiyində nöqsan aşkar edilib .
"Doyarka" kəsmiyində nöqsan aşkar edilib

Trend-i buradan izləyin

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan nəzarət tədbirləri zamanı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Gülbala Qasımzadə tərəfindən istehsal olunan “Doyarka” adlı kəsmiyin etiketində onun saxlama temperaturunun düzgün göstərilmədiyi müəyyən olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, saxlanma temperaturunun düzgün göstərilməməsi istehlakçıda çaşqınlıq yaratmaqla, məhsulun normativ sənədlərlə müəyyən edilmiş temperaturda saxlanılmamasına və nəticədə tərkibində insanların həyat və sağlamlığı üçün təhlükəli mikroorqanizmlərin miqdarının artmasına və keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

Bununla əlaqədar istehsal olunan məhsulların markalanmasının mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə fərdi sahibkar G.Qasımzadəyə müvafiq göstəriş verilib.

İstehlak bazarında nəzarət tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti