...

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsinin işə düşməsi geniş imkanlar yaradır

İqtisadiyyat Materials 3 Avqust 2017 13:42 (UTC +04:00)
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsi artıq həlledici mərhələyə qədəm qoyub.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsinin işə düşməsi geniş imkanlar yaradır

Bakı. Elçin Mehdiyev – Trend:

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsi artıq həlledici mərhələyə qədəm qoyub. Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Prezident İlham Əliyev tərəfindən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyəti, habelə buradakı kompleksinin tikintisinin sürətlənməsi ilə bağlı avqustun 2-də imzalanan sərəncamları şərh edərkən belə deyib.

A.Hüseynov bildirib ki, hər iki sərəncamla ayrılan vəsaitlər layihənin icrasını sürətləndirmək və onu lazımı texniki imkanlarla təmin etmək məqsədi daşıyır: "Bir neçə il əvvəl biz limanın əsas prespektivini onun məhz şərq-qərb dəhlizi üzərində yerləşməsində görürdük. Çünki beynəlxalq yük daşıma trafikinə nəzər salsaq bir alternativ kmi bu marşurut yük sahiblərinə bir çox üstünlüklər verir. Çindən Avropaya alternativ marşrut kimi yüklərin daşınmasında, eyni zamanda Avropadan Orta Asiyaya daşımalarda bu ən cəlbedici marşuruıtdur. Nəzərə almaq lazmdır ki, Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdükdən sonra Avropdan Orta Asiyaya və Çinə yüklərin daşınması üçün çox əlverişli alternativ yol yaranacaq. Son illər beynəlxalq səviyyədə baş verən siyasi proseslər isə göstərdi ki, şimal-cənub dəhlizi əhəmiyyətinə görə heç də şərq-qərb dəhlizindən geri qalmır. Yəni yaranmış geosiyasi situasiya yeni iqtisadi çağırışları gətirir. Azərbaycan isə bu çağırışlara da hazırlıqlıdır. Bu layihənin tamamlanması və tam qüvvəsi ilə işə düşməsi ölkəmizə çox böyük iqtisadi dividentlər qazandıracaq".

A.Hüseynov bu layihənin əhalinin iqtisadi vəziyyətinə bir başa müsbət təsir edəcəyini diqqətə şatdırıb: "Bu layihənin işə düşməsi beynəlxalq yük daşıma ilə bərabər daxili yük daşıma üçün də geniş imkanlar yaradır. Digər tərəfdən yerli məhsulların xarici bazarlara çıxarılması alternativləri artır. Bundan əlavə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı çox böyük layihədir və burada on minlərlə yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ələti unikal edən xüsusiyyətlərdən biri də onun Bakıya yaxın yerləşməsidir. Bakının hazırda əsas iqtisadi mərkəz olduğunu, istər özəl şirkətlərin əksəriyyətinin, istərsə də insan resursunun əsasən paytaxtda cəmləşdiynini nəzərə alsaq bu özü də böyük üstünlüklər yaradır. Qeyd edilməli digər məqam da burada xüsusi iqtisadi zonann yaradılmasıdır ki, bu da sahibkarlar üçün öz fəaliyyətlərini genişləndirmək fürsəti deməkdir. Bu isə öz növbəsində yenə əlavə iş yerlərinin açılması deməkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti