...

DB Azərbaycanda maliyyə sektorunun sağlamlaşdırılması ilə bağlı tədbirləri yüksək qiymətləndirib

İqtisadiyyat Materials 18 Sentyabr 2017 15:18 (UTC +04:00)

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbərliyi Dünya Bankının Cənubi Qafqaz, Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Mersi Tembonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Palatadan Trend-ə verilən məlumata görə, görüş zamanı Dünya Bankının və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə həyata keçirdiyi maliyyə sektorunun müasirləşdirilməsi layihəsinin ikinci fazası çərçivəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər və qarşıda duran hədəflər barədə geniş müzakirələr aparılıb.

M.Tembon Palatanın qısamüddətli fəaliyyəti dövründə təşkilatlanması və maliyyə sektorunun sağlamlaşdırılması istiqamətində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirdiyini və bundan sonra da Dünya Bankı qrupu tərəfindən zəruri dəstəyin göstəriləcəyini bildirib.

Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı dəstəyə görə, M.Temboya təşəkkür edib və qarşılıqlı faydalı əməkdaşlığın davam edəcəyinə ümid etdiyini vurğulayıb.

Görüş iştirakçıları Dünya Bankının Azərbaycanda mövcud və gələcək fəaliyyət istiqamətləri, xüsusilə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əməkdaşlığın perspektivləri barədə danışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti