Bakı. Trend:
Rusiyanın "VİM-Avia" aviaşirkətinə məxsus təyyarələr Türkiyə və Belçika aeroportlarında həbs edilib.
Trend-in məlumatına görə, Rusiyanın hava nəqliyyatı Federal agentliyinin (Rosaviasiya) rəhbəri Aleksandr Neradko bildirib ki, çarter reysi keçirən təyyarələrin həbsinə səbəb şirkətin borcu olub:
"Hazırda şirkət maliyyə vəziyyətinə görə, çarter reyslərini dayandırıb, təyyarələri isə Türkiyənin Dalaman və Antalya, Belçikanın Lyoj aeroportlarında həbsdədir".