...

Sitrus bağçılığı üçün sahibkara 1,7 milyon manat güzəştli kredit verilib

İqtisadiyyat Materials 29 Sentyabr 2017 16:10 (UTC +04:00)
Lənkəranda çayçılıq və sitrus bağçılıq təsərrüfatlarının yaradılması təşviq olunur
Sitrus bağçılığı üçün sahibkara 1,7 milyon manat güzəştli kredit verilib

Bakı. Trend:

2017-ci ilin ötən dövrü ərzində 1154 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 90,4 milyon manat güzəştli kredit verilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə Lənkəranda Sahibkarlığa Kömək Milli Fondunun sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumunda bildirilib.

İşgüzar forumda Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 460 min manat güzəştli kredit verilib. Bu kreditlər əsasən, heyvandarlıq, əkinçilik, quşçuluq, tekstil məmulatlarının istehsalı, turizm sahələrinin inkişafına yönəldiləcək və 50-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.

Forum çərçivəsində Lənkəranda güzəştli kredit ayrılmış çayçılıq və sitrus bağçılıq təsərrüfatlarına baxış keçirilib.

Ümumilikdə indiyədək, çayçılığın inkişafı ilə bağlı 14 sahibkara 10,7 milyon manat, sitrus bağlarının yaradılması üçün isə 40-dək sahibkara 1,7 milyon manat güzəştli kredit verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti