...

Azərbaycan Özbəkistanda beynəlxalq turizm yarmarkasında təmsil olunub (FOTO)

İqtisadiyyat Materials 4 Oktyabr 2017 15:48 (UTC +04:00)
Özbəkistanda keçirilən 23-cü Daşkənd Beynəlxalq Turizm Yarmarkasında Azərbaycan təmsil olunub.
Azərbaycan Özbəkistanda beynəlxalq turizm yarmarkasında təmsil olunub (FOTO)

Bakı. Trend:

Daşkəndin Mərkəzi Sərgi Sarayında “Turizm İpək yolu ilə” 23-ci Daşkənd Beynəlxalq Turizm yarmarkasının (ТМТЯ-2017) rəsmi açılışı olub.

Trend-in məlumatına görə, sərgi-yarmarkada Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılmış stenddə ölkəmizin 3 turizm firması öz turpaketlərini təqdim ediblər.

Azərbaycan Turizm Asossiasiyasının dəstəyi ilə “Xəzər Travel”, “My travel” və “Gilan travel” şirkətlərinin təqdim etdikləri turpaketlərdə “Bakı Şopinq Festival”da iştirak, “Azərbaycan Tarixinə ekskursiya: Bakı-Qobustan-Şamaxı-Lahıc-Şəki”, Müalicə turu: Naftalan – Qalaltı, Qış istirahəti: Qusar Şahdağ, Qəbələ Tufandağ, şərabçılıq marşrutu, Çimərlik və Ovçuluq istirahət-turizm paketlərini təklif ediblər. Azərbaycan stendinə maraq böyük olub.

Aparılan sorğulara əsasən özbək turistlər əsasən Naftalan müalicəvi sanatoriyalarına, Bakı və Qəbələyə daha çox maraq göstərirlər.

Beynəlxalq turizm yarmarkasının açılışında Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti