...

Lənkəranda sahibkar olmaq istəyən gənclər üçün treninq keçirilib

İqtisadiyyat Materials 17 Oktyabr 2017 20:34 (UTC +04:00)
Lənkəranda sahibkarlıq fəaliyyətinə başlamaq istəyən gənclər üçün treninq keçirilib.
Lənkəranda sahibkar olmaq istəyən gənclər üçün treninq keçirilib

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəranda sahibkarlıq fəaliyyətinə başlamaq istəyən gənclər üçün treninq keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, “Biznes ideyanı yarat”, “Biznes planların hazırlanması” və “Öz biznesinə başla” mövzularında keçirilən treninqdə iştirakçılara biznes ideyanın yaradılması və həyata keçirilməsi yolları, biznes plan və onun tərtib edilməsi, istehsalat planı, marketinq araşdırmalarının aparılması, bu sahədə beynəlxalq təcrübə, prioritet biznes istiqamətləri, yeni biznes subyektlərinin yaradılması qaydaları və s. barədə ətraflı məlumat verilib.

Tədbirdə iştirakçılara həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlar verilib.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıların sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti