...

“AzerGold” Türkiyədə mədənçilik sahəsini araşdırır (FOTO)

İqtisadiyyat Materials 23 Oktyabr 2017 16:06 (UTC +04:00)
“AzerGold” QSC-nin nümayəndələri Türkiyədə mədənçilik sahəsini araşdırır
“AzerGold” Türkiyədə mədənçilik sahəsini araşdırır (FOTO)

Bakı. Trend:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndələri 16-22 oktyabr tarixlərində Türkiyədə səfərdə olublar.

“AzerGold”dan Trend-ə verilən məlumata görə, cəmiyyət nümayəndələri 18-21 oktyabr tarixlərində İzmir şəhərində Türkiyə Dağ-mədən Mühəndislər Palatası tərəfindən təşkil edilən 6-cı Beynəlxalq Mədən Avadanlıqları və Texnologiyaları Konqresinə qatılıb, “Mədən, Təbii Sərvətlər və Texnologiyalar” sərgisində iştirak edərək, bu sahədə tətbiq edilən ən son yeniliklərlə tanış olublar.

Səfər çərçivəsində “Azergold” QSC-nin əməkdaşları Kışlıdağ filiz emalı sahəsi və Berqama-KOZA mədəninə də baş çəkib, ümumi iş prosesləri ilə tanış olub, təcrübə mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti