...

AİB Mərkəzi Asiyada iqtisadi əməkdaşlıq sahəsində yeni strategiyaya 5 milyard dollar ayırıb

İqtisadiyyat Materials 27 Oktyabr 2017 18:19 (UTC +04:00)
Bu gün Asiya İnkişaf Bankının (AİB) prezidenti Takehiko Nakaonun Tacikistana 3 günlük səfəri başa çatıb.
AİB Mərkəzi Asiyada iqtisadi əməkdaşlıq sahəsində yeni strategiyaya 5 milyard dollar ayırıb

Bakı. Trend:

Bu gün Asiya İnkişaf Bankının (AİB) prezidenti Takehiko Nakaonun Tacikistana 3 günlük səfəri başa çatıb.

AİB-dən Trend-ə verilən məlumata görə, o, həmin səfər çərçivəsində Asiya Regionunun Nazirlər səviyyəsində İqtisadi Əməkdaşlıq üzrə 16-cı Konfransında (Central Asia Regional Economic Cooperation (CAREC)) iştirak edib. 11 üzv ölkəni təmsil edən CAREC Nazirləri[1] CAREC proqramının üçüncü onilliyində fəaliyyətini tənzimləyəcək yeni uzun müddətli strategiya olan CAREC 2030 sənədini yekdilliklə təsdiq ediblər.

Strategiya insan, siyasət və layihələrin əlaqələndirilməsi missiyası əsasında qurulur və, regionda iqtisadi və maliyyə sabitliyin, turizm, kənd təsərrüfatı, su ehtiyatları, səhiyyə və təhsil sahəsində regional təşəbbüslərin dəstəklənməsi daxil olmaqla, CAREC mandatının artırılması və genişləndirilməsini nəzərdə tutur. Eyni zamanda, CAREC nəqliyyat, enerji, ticarət və iqtisadi dəhlizlərin inkişafı kimi mövcud priotet sahələrə səylərini yönəltməyə və bu sahələrdə müqayisəli üstünlükləri təmin etməyə davam edəcək.

CAREC 2030 strategiyasının qəbul edilməsi, həmçinin, region ölkələrinə, milli inkişaf prioritetlərinə uyğunluğu təmin etməklə, Paris sazişi çərçivəsində Davamlı İnkişaf Hədəflərini (DİH) və iqlimin dəyişməsi üzrə hədəfləri əldə etməyə kömək edəcək.

T.Nakao çıxışında AİB-in növbəti 5 il ərzində CAREC 2030 strategiyasının dəstəklənməsi üçün 5 milyard ABŞ dolları məbləğində vəsaitin ayıracağını bəyan edib. Bu, Çin Xalq Respublikası istisna olmaqla, AİB-un CAREC ölkələrində layihələrə ayırdığı ümumi maliyyə vəsaitinin təxminən dörddə birini təşkil edir. AİB, Pakistanda CAREC çərçivəsində yol dəhlizinin inkişafı üçün 800 milyon ABŞ dolları məbləğində yeni çox tranşlı maliyyə fondunu təsdiq edib. Gələn il, AİB, Türkmənistan-Əfqanıstan-Pakıstan (TƏP) ötürücü xətlər layihəsinin 150 milyon ABŞ dolları dəyərində birinci fazasına vəsait ayıracaq. AİB CAREC 2030 strategiyasında əhatə olunan aqrobiznes, turizm və dəmir yolları sahələrində regional layihələr ilə bağlı müzakirələrə artıq başlayıb.

AİB, CAREC proqramı üçün katiblik funksiyasını yerinə yetirir. Məcmu olaraq, CAREC proqramının 2001-ci ildə yaradılmasından sonra həmin proqram çərçivəsində 40 milyard ABŞ dolları məbləğindən artıq investisiya vəsaiti cəlb edilmişdir. Bu məbləğin üçdə birindən artıq hissəsi və ya 10,5 milyard ABŞ dolları AİB tərəfindən, qalan hissə isə üzv hökumətlər və digər inkişaf tərəfdaşları tərəfindən təmin edilib.

Bu günədək CAREC maliyyəsi, regionun daxilində və xaricində əlaqələri və ticarəti gücləndirərək, 6 nəqliyyat dəhlizi üzərində 8592 km uzunluğunda yolların və uzunluğu 5103 kilometrdən artıq olan dəmir yollarının tikintisi və təmiri üçün istifadə edilib. Enerji ehtiyatları artıq olan Mərkəzi Asiya ölkələri və, Əfqanıstan və Pakistan daxil olmaqla, Cənubi Asiyada enerji çatışmazlığını yaşayan ölkələr arasında enerji ticarətinin artırılmasını dəstəkləyərək, uzunluğu 9041 kilometrdən artıq olan enerji ötürücü xətləri çəkilib.

Layihələr vasitəsilə investisiyalar ilə yanaşı, CAREC tərəfindən CAREC ölkələrində ticarətin dəstəklənməsi, potentisal quruculuğu, biliklərin yaradılması və bilik mübadiləsi sahələrinə töhfə verilib. Bilik səyləri sahəsində lider olan CAREC İnstitutu hal-hazırda hökumətlərarası təşkilat kimi fəaliyyət göstərir.

“Düşənbə Bəyanatı” adlanan birgə bəyanatında CAREC Nazirləri inkişaf məqsədlərinin əldə edilməsi üçün regional əməkdaşlığın artan önəmliyini vurğulayıblar. Nazirlər regional layihələr çərçivəsində özəl sektor, vətəndaş cəmiyyəti, inkişaf tərəfdaşları və digər tərəf müqabilləri ilə fəaliyyətə və, Kəmər və Yol Təşəbbüsü daxil olmaqla, digər regional proqramlar ilə əlaqələrin gücləndirilməsinə ehtiyac duyulduğunu vurğulayıblar.

Qərargahı Manila şəhərində yerləşən AİB fəaliyyətini, daxiledici iqtisadi artım, ətraf mühit kontekstində dayanaqlı artım və regional inteqrasiya vasitəsilə Asiya və Sakit Okean regionunda yoxsulluğun azaldılmasına yönləndirib. 1966-cı ildə yaradılmış AİB regionda inkişaf tərəfdaşlığının 50 illiyini qeyd edir. AİB-ə 67 üzv sahiblik edir, harada ki, 48 üzv regionu təmsil edir. 2016-cı ildə AİB tərəfindən təmin edilmiş yardımın ümumi məbləği 31,7 milyard ABŞ dolları təşkil edib və bu məbləğə birgə maliyyələşdirmə çərçivəsində ayrılmış 14 milyard ABŞ dolları daxildir.

Əfqanıstan, Azərbaycan, Çin Xalq Respublikası, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan CAREC-in üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti