Özəlləşdirmə portalına 1 milyondan artıq baxış olub

Özəlləşdirmə portalına 1 milyondan artıq baxış olub

Bakı. Trend:

Özəlləşdirmə portalına 1 milyondan artıq baxış olub.

Bu barədə Trend-ə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Ötən ilin avqust ayında istifadəyə verilən Özəlləşdirmə portalına yarandığı vaxtdan 1 milyondan artıq baxış olub. Təkcə bu il ərzində isə portala 665 minə yaxın ziyarətçi daxil olub. Statistik göstəricilərdən maraqlı məqam ondan ibarətdir ki, portalın gün və ay ərzində istifadəçi sayı çoxluq təşkil edir. Portala bir ayda 86 minə yaxın, gün ərzində isə 3 mindən çox investor və vətəndaş baxışı olub. Portala daxil olanların 67,8%-i mobil telefonla, 32,2%- i isə kompüter vasitəsilə ziyarət edib.

Komitədən bildirilib ki, bu onu göstərir ki, ölkədə investorların əmlak sahibi olmaq imkanları digər illərlə müqayisədə daha da artır. Alınan əmlakın biznes obyektinə çevrilməsi üçünsə şərait genişləndirilir. Bu göstəricilərin yüksək olmasının əsas səbəbi özəlləşdirmənin sürətlənməsi istiqamətində görülən innovativ tədbirlərdir. Özəlləşmə prosesini həyata keçirən qurum olaraq Əmlak Məsələləri Dövlət Komitəsi isə bu prosesdə aktivliyin, şəffaflığın, çevikliyin təmin edilməsi, müvafiq prosedurların elektron üsullarla gerçəkləşdirilməsi üzrə mütəmadi olaraq işlər reallaşdırır. Belə tədbirlər isə müasir prinsip və metodlara əsaslanır. Yeni yanaşmalar tətbiq edilməklə həyata keçirilən özəlləşdirmə prosesi artıq öz nəticəsini verməkdədir. Belə ki, prosesə investor marağı artır, dövlət müəssisələri iri sərmayəçilər tərəfindən özəlləşdirilir.

Vətəndaşların iştirakında məhdudiyyətin və maneənin olmaması hərraca marağın artmasına gətirib çıxarıb. İnsanların marağını cəlb edən faktorlar bununla bitmir. Belə ki, özəlləşdirmə portalının xüsusi və rahat dizayna malik olması da portala daxil olanların sayını artıran səbəblərdəndir. Məqsəd ölkədə özəlləşdirmə sahəsində həyata keçirilən işlərin işıqlandırılması, bu sahədə əlçatanlığın və operativliyin təmin edilməsi, əmlaklara investorların cəlb olunmasıdır.

Ziyarətçilər investisiya müsabiqəsi bölməsinə daxil olmaqla sənaye, aqrar, inşaat, səhiyyə, telekommunikasiya, nəqliyyat və digər sahələr haqqında məlumat ala bilərlər. Məlumatda hər bir sahəyə uyğun əmlaklar, onların adı, müəssisənin fəaliyyət sahəsi, onun imkanları, rəqibləri qeyd olunub. Bu isə investor üçün bazarı öyrənmək, yaxşı gəlir əldə etmək baxımından əlverişli şərait yaradır. Eyni zamanda, investorlar Azərbaycana sərmayə yatırmaq üçün mühüm imkanlara malik olduğunu “Niyə Azərbaycan” bölməsinə daxil olmaqla öyrənə bilərlər.

Ölkə vətəndaşları ilə yanaşı, Türkiyə, Rusiya, ABŞ, Almaniya, Gürcüstan, Polşadan portalı izləyənlərin sayı kifayət qədərdir. Əcnəbi investorların portala marağının artması isə Azərbaycanda investisiya mühitinin daha da sağlamlaşmasına, xarici bazarlara çıxış imkanlarının artmasına, ixrac potensialımızın yüksəlməsinə şərait yaradır. Eyni zamanda, bu ölkədə yeni iqtisadi sahələrin formalaşmasına gətirib çıxarır.

Hərraclar təkcə paytaxtla kifayətlənmir. Respublikanın müxtəlif şəhər və rayonlarında da müxtəlif növ dövlət əmlakları özəlləşdirilir. Prosesin gedişini onlayn izləmək olur. Özəlləşdirilən əmlaklar biznes və gəlir məqsədləri üçün istifadə edilir. Özəlləşdirilən əmlaklar bölgələrdə yeni iş yerlərinin açılmasına şərait yaratmaqla, həmin bölgənin əhalisinin yaşayış səviyyəsinə müsbət təsir edən amillərdəndir.

Ziyarətçilər portaldan istifadə edərkən özəlləşdirməyə açıq elan edilən müəssisələr haqqında ətraflı məlumat əldə edə bilir. Hərraca çıxarılan müəssisənin adı, ünvanı, nizamnamə kapitalı, ilkin start qiyməti kimi informasiyalar portalda əks olunub. Prosesdə isə səhmdar cəmiyyəti, kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitəsi kimi əmlaklar özəlləşdirilir. Hərraca çıxarılan əmlaklar haqqında məlumat “Hərraclar” bölməsində yerləşdirilir. Proses yekunlaşdıqdan sonra nəticələr portalın Nəticələr” bölməsində əks olunur. Qeyd edilməlidir ki, statistikaya görə portalda ən çox izlənən bölmə “Hərraclar” olub. Hərraclar bölməsində isə kiçik dövlət müəssisəsi və obyektlər adlı keçid üstünlük təşkil edib.

Bundan başqa, ziyarətçilər keçiriləcək hərraclar haqqında məlumatları “Son xəbərlər” bölməsindən əldə edə bilərlər. Hərracların videoyazıları portalın “şəkillər və video çarxlar” bölməsində yerləşdirilir. Eyni zamanda, prosesin görüntülərinə baxmaq istəyən şəxsin həmin bölməyə daxil olması kifayətdir.

Portalda onlayn məsləhət pəncərəsi də fəaliyyət göstərir. Vətəndaşlar tərəfindən müvafiq bölməyə daxil olan suallar isə operativ olaraq onlayn cavablandırılır. “Onlayn məsləhət pəncərəsi” vasitəsilə hərracların vaxtı, çıxarılan əmlaklar, nəticələr və.s barədə suallar cavablandırılır. İstifadəçilər isə ən çox “Hərracı onlayn necə izləmək olar?”, “Elektron olaraq hərraclarda necə iştirak edə bilərəm?”, “Hərraclarda qalib olmadığım halda behi geri ala bilərəmmi?” tipli suallar ünvanlayır. Ziyarətçilər həftə içi 5 gün saat 09:00-dan 18:00-a qədər nahar fasiləsi və bayram günləri istisna olmaqla portal vasitəsilə onlayn məsləhət ala bilər. Qeyri-iş günlərində ünvanlanan suallar isə növbəti iş günündə cavablandırılır.

İsrail təkrar karantin rejimi tətbiq edən ilk ölkə oldu
İsrail təkrar karantin rejimi tətbiq edən ilk ölkə oldu
Dünyanın ən yaşlı qadını uzunömürlülük rekordu vurub
Dünyanın ən yaşlı qadını uzunömürlülük rekordu vurub
İranda gündəlik koronavirusa yoluxanların sayı artıb
İranda gündəlik koronavirusa yoluxanların sayı artıb
Loading Bars
Xəbər lenti
Tofiq Yaqublunun məhkəməsi başlayıb
YAP Gəncə şəhər təşkilatında yüksək bal toplayan gənclərlə görüş keçirilib (VİDEO)
İlin sonunadək Azərbaycanın 10,7 min hektar ərazisinin su təminatı yaxşılaşdırılacaq
Eldar Həsənovun növbəti məhkəmə prosesi sentyabrın 22-nə təyin edildi
Mərkəzi Gömrük Hospitalında profilaktik tədbirlər gücləndirilmiş şəkildə davam etdirilir
İsrail təkrar karantin rejimi tətbiq edən ilk ölkə oldu
“Həkimlərimizi tanıyın!” - Tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva
Azərbaycanda 117 nəfər koronavirusa yoluxdu, 135 nəfər sağaldı, 1 nəfər dünyasını dəyişdi
Ceyhun Bayramovla Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı arasında telefon danışığı olub
Prezidentin köməkçisi sərhəd divi­zi­yasının hərbi hissə və bölmələ­rinə səfər edib (FOTO)
Meşədə gizli şəkildə narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb (FOTO/VİDEO)
Zaqatalada ölüm faktının üstü 9 ildən sonra açıldı
Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
Prezident İlham Əliyev Nepal Prezidentini təbrik edib
Azərbaycanda pensiyalarla bağlı bəzi məhdudiyyətlər götürülür
Bank Respublika Azərbaycanda ilk dəfə gənclər üçün “Universal mütəxəssislərin hazırlığı” proqramına start verir
Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib (FOTO)
Dünyanın ən yaşlı qadını uzunömürlülük rekordu vurub
Azərbaycanda qızıl və gümüş bahalaşır
Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb
Tural Gəncəliyev: Xankəndində törədilən qırğına görə erməni terrorçularından haqq-hesab istəyəcəyik (FOTO)
Dağlıq Qarabağın azərbaycanlı icmasında bir neçə səfirlə görüş olub
“Mənim Bakcellim” – mobil nömrə hesabınızı idarə etmək üçün ən rahat həll
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək
Dağlıq Qarabağın azərbaycanlı icması “Xankəndi talanları ” kampaniyası çərçivəsində növbəti video çarx hazırlayıb
Mərkəzi Bank uçot dərəcəsini endirdi
İranda gündəlik koronavirusa yoluxanların sayı artıb
Məhəbbət Paşayeva: Qafqaz Albaniyası Azərbaycanın qədim dövlətidir və bu dövlətin varisləri biz azərbaycanlılarıq
Brejnevin Nobel sülh mükafatına namizədliyi təklif olunub
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib
Sabah hava küləkli olacaq
"Sədərək"də komissiya yaradıldı: Mağazaların işıqları söndürüldü
Tofiq Yaqublunun apelyasiya şikayətinə bu gün baxılacaq
Tenderlərdə şəffaflıq necə qorunmalıdır? - Dövlət Xidməti Trend-in suallarını cavablandırıb
İtaliya Azərbaycanla əməkdaşlıq üçün Aİ-dən şirkətlərin cəlb olunmasına kömək edəcək
Azərbaycan nefti bahalaşır
"İsraildə Azərbaycan Evi"nin rəhbəri Akko şəhər meriyasının təşəkkürnaməsinə layiq görülüb
Baş Prokurorluq "Masazır" gölünün çirklənməsi məsələsini nəzarətə götürdü
Poliklinikaların fəaliyyəti standart qrafik üzrə bərpa edilib - Nazirlik
Xətai rayonunda yolların yenidən qurulmasına 10,05 milyon manat ayrılıb
Bu il Azərbaycanın ixrac və idxal etdiyi əsas məhsullar bunlar olub
Rusiyada 6 minə yaxın yeni yoluxma qeydə alınıb, 134 nəfər ölüb
İtaliyanın Azərbaycandakı səfiri pandemiyanın ticarət dövriyyəsinə təsirindən danışıb
Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün quraşdırılmasına başlanılıb (FOTO)
Gəncədə COVİD-19-a qarşı dezinfeksiya işləri gücləndirildi (FOTO)
Payızın qazandıran kampaniyası Hesab.az-da!
Yarımqoşquda külli miqdarda qanunsuz dərman preparatları aşkar edildi
Bakı-Quba yolunda 68 yaşlı kişinin ölümü ilə bağlı iş Baş Prokurorluğun nəzarətinə verildi
Poliklinikada qeydiyyatda olan tənha, xroniki və onkoloji xəstələr üçün çatdırılma xidməti var - Sektor müdiri
Peyvəndlərin aparılması bərpa edilib - Səhiyyə Nazirliyi
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edilib (FOTO)
Dövlət qulluğuna qəbul üzrə növbəti imtahana dair statistik məlumatlar açıqlanıb
“Abituriyent Məsləhət Mərkəzləri” istirahət günləri də fəaliyyət göstərəcək
Yankauskas: Aİ Azərbaycanda ikinci əsas investordur və tərəflər arasında münasibətlərin inkişafı davam edəcək
Zabrat-Pirşağı dəmir yolu tunelində işlər nə yerdədir? - Açıqlama
Üzeyir Hacıbəyli - Taleyi tarixlə birləşik dahi
Hacıqabulda usta şirkətin damından yıxıldı
Ermənistanda 239 yeni yoluxma qeydə alınıb
Karantin rejimini pozan restoran aşkarlanıb
Tamam Cəfərova: Uğurlu iqtisadi siyasət postpandemiya dövründə Azərbaycanın ən hazırlıqlı ölkələr sırasında olmasına imkan verəcək
Rəqəmsal platformaların istifadəsinin sadələşdirilməsi malların daşınmasını sürətləndirə bilər
Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı başlayıb
Bu gün həbsdə olan sabiq səfir Eldar Həsənovun şikayətinə baxılacaq
SOCAR-da satınalmalar necə həyata keçirilir?
Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
Tərtərdə əmisini öldürən gəncin işi məhkəməyə göndərildi
Pərvin Kərimzadə: ATƏT-in Minsk Qrupu susqunluğuna son verməlidir
"ADY Express” Rusiya-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə yeni növ yüklərin daşınmasına başlayacaq
V ixtisas qrupu üzrə qabiliyyət imtahanları bu gün yekunlaşır
Əmək müqaviləsi ilə çalışan əlil şəxslərin sayı açıqlanıb
Ceyhun Bayramovun Ermənistanın qanunsuz fəaliyyəti barədə məktubu BMT sənədi kimi dərc olunub
Şəkidə koronavirusa kütləvi yoluxma olan bazar 3 günlük bağlandı - Operativ Qərargah
Qaradağda lift ustasının ölümü ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərildi
DTX əməliyyat keçirdi: “Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində vuruşmuş şəxs tutuldu (FOTO)
Bərpa olunan Çıraqqaladan son görüntülər (FOTO)
Ürək-damar xəstəlikləri aşkar edildikdə nə etmək lazımdır?
Ermənistan iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəsi 38 dəfə pozub
Sentyabrın 18-də xarici valyutaların manata qarşı məzənnələri
Bərdədə ev yanıb
bp “Enerji perspektivlərinə baxış – 2020” hesabatını təqdim edib
Goranboyda yük avtomobili yanıb
Qazaxıstanda daha 78 nəfər koronavirusa yoluxub
ABŞ-da Ermənistanın təcavüzündən bəhs edən proqram yayımlanıb
Mərkəzi Bank: Azərbaycanda POS terminalların sayının azalmasına səbəb dörd bankın lisenziyasının ləğvi ilə bağlıdır
Çavuşoğlu və NATO-nun baş katibi arasında telefon danışığı olub
Braziliyada koronavirusdan ölənlərin sayı 135 min nəfərə çatır
Türkiyədə zəlzələ baş verib
Fransada rekord sayda koronavirusa yoluxma qeydə alınıb
Moskvada bir sıra aviareys ləğv edilib
Dünyada koronavirusa yoluxanların sayı 30 milyon nəfəri ötüb
Bakıda bərbərxana yanıb
Suriyada güclü partlayış baş verib
Moskvada koronavirusdan ölənlərin sayı 5 033 nəfərə çatıb
BƏƏ-də koronavirusa yoluxanların sayı 82 min nəfəri ötüb
İpəyimiz dünya bazarlarına ixrac oluna bilər
Almaniyada xəstəxanaya haker hücumu nəticəsində xəstə həyatını itirib
Azərbaycana "Stadler" şirkətinin daha 9 ədəd yataq tipli vaqonları gətirilib
"İnstaqram"ın işində qüsurlar yaranıb
Özünüməşğulluq proqramının icra vəziyyəti necədir? – “Hədəf”də suallara aydınlıq gətirildi
"Neftçi" Avropa Liqasında "Qalatasaray"a məğlub oldu
Bütün xəbərlər