Zaqatala Beynəlxalq hava limanı istifadəyə verildi (FOTO)

Zaqatala Beynəlxalq hava limanı istifadəyə verildi (FOTO)

Bakı. Trend:

Zaqatala Beynəlxalq hava limanı əsaslı yenidənqurmadan sonra rəsmən istismara verilib.

"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Zaqatala Beynəlxalq hava limanının yenidən qurulması Prezident İlham Əliyevin Zaqatala rayonuna səfəri zamanı verdiyi tapşırığa müvafiq olaraq həyata keçirilib.

Hava limanının ərazisində geniş füzelyajlı hava gəmilərini qəbul etməyə imkan verən uçuş-enmə zolağı (UEZ) tikilmiş, perron xeyli genişləndirilib, müasir naviqasiya sistemləri, meteoroloji və işıq siqnalı avadanlıqları quraşdırılıb, həmçinin aerovağzal kompleksinin binası təmir edilib.

Hava limanının yenidənqurmadan sonra açılışı ilə bağlı keçirilən tədbirdə “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Etibar Hüseynov, Zaqatala rayonu İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, “AzVirt” şirkətinin direktoru Kamil Əliyev və digərləri iştirak ediblər. Hava limanının açılışı günü buraya ilk dəfə olaraq dünyanın ən böyük sərnişin təyyarələrindən biri - “Airbus A340-500” təyyarəsi enib.

Azərbaycanın “AzVirt” şirkəti tərəfindən həyata keçirilən tikinti işləri nəticəsində hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı tikilib. Uçuş-enmə zolağı və perronda ümumi qalınlığı 92 sm olan yol geyimi konstruksiyası, o cümlədən 37 sm asfalt-beton layları döşənib. Yeni zolaq beynəlxalq tələblərə cavab verir və Zaqatala Beynəlxalq hava limanına geniş füzelyajlı hava gəmilərini qəbul etməyə imkan verəcək.

Eyni zamanda hava limanının ərazisində tikinti işləri üçün asfalt-beton qarışığının hazırlanması məqsədilə səyyar asfalt-beton zavodu quraşdırılıb. Uçuş-enmə zolağının yenidənqurması üçün ümumilikdə 121 000 ton asfalt-beton istifadə olunub. Ümumilikdə tikinti işləri 166 000 kv. metr ərazidə aparılıb.

Zaqatala Beynəlxalq hava limanının sahəsi 31 000 kv. metr olan yeni böyük və rahat perronu müasir geniş füzelyajlı təyyarələrə xidmət göstərməyə, həmçinin orada eyni vaxtda bir neçə orta magistrallı hava gəmilərini yerləşdirməyə imkan verir. Yenidənqurma prosesində ən müasir texnologiyalar tətbiq olunub ki, bu da təyyarələrə xidmətin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq.

Yeni uçuş-enmə zolağının təchizatı üçün müasir naviqasiya və multilaterasiya sistemlərindən, həmçinin meteoroloji və işıq siqnalı avadanlıqlarından istifadə olunub. Zaqatala hava limanı ərazisində təhlükəsizlik zolaqları və radio-naviqasiya, metereoloji avadanlıqlarının yerləşdirilməsi üçün ərazinin şaquli planlaşdırılması işləri daxil olmaqla, 750 000 kub metrdən çox torpaq işləri görülmüşdür. Uçuş-enmə zolağının uzadılması ilə əlaqədar yeni işıq-siqnal sistemləri qurulub və bu işıq-siqnal sistemləri dispetçerlər tərəfindən qüllədən idarə olunacaq. Aeroportun perimetri üzrə 5,5 km uzunluğunda mühafizə hasarı çəkilmiş, patrul yolu inşa edilib. Hava limanının ərazisinin çay qolu ilə kəsişməsiylə əlaqədar olaraq uçuş enmə zolağının yuyulub aparılmasının qarşısını almaq məqsədilə uzunluğu 182 metr olan 3x2 metr ölçüdə tunel tikilib.

Zaqatalada 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində aerovağzal binasında sıradan çıxıbmış havalandırma-istilik sistemlərin, kanalizasiya xətlərinin bərpası, aerovağzal binasının təmir işləri aparılıb. Vağzalyanı meydanda avtomobil dayanacağı 1200 kv. metr genişləndirilərək 150 minik avtomobilini qəbul olunması üçün şərait yaradılıb.

Zaqatala Beynəlxalq hava limanında xüsusi təyyarə-laboratoriya vasitəsilə sınaq uçuşları yerinə yetirilmiş, radiopellengator, enmə sistemləri, işıq-siqnal sistemləri uçuşla yoxlanılıb, nəticədə avadanlıq və sistemlərin mövcud yararlıq normalarına uyğunluğu təsdiq edilib.

Qeyd edək ki, Zaqatala hava limanının istismara verilməsi regionda turizmin və yük dövriyyəsinin inkişafına böyük stimul ola bilər.

Masallıda evdən və mağazalardan oğurluq edən şəxs saxlanılıb
Masallıda evdən və mağazalardan oğurluq edən şəxs saxlanılıb
Qazax sakinindən narkotik götürülüb (FOTO)
Qazax sakinindən narkotik götürülüb (FOTO)
Sabirabadda 4 otaqlı ev yanıb
Sabirabadda 4 otaqlı ev yanıb
Loading Bars
Xəbər lenti
Nərimanov rayonundakı yanğın söndürülüb
Masallıda evdən və mağazalardan oğurluq edən şəxs saxlanılıb
Azərbaycan nefti bahalaşıb
ETSN media nümayəndələri ilə yeni layihəyə start verib
Bolqarıstanda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü ilə bağlı konsert keçirilib (FOTO)
Albaniyada hoteldə 4 turistin meyiti tapılıb
Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişində strateji əhəmiyyət kəsb edib - Deputat
Qazax sakinindən narkotik götürülüb (FOTO)
Şəhid baş leytenant Daşdəmir Paşayevin xatirəsi anılıb (FOTO/VİDEO)
"Taliban"ın nümayəndə heyəti Özbəkistana səfər edib
Azərbaycan ərazilərini azad etməklə Ermənistanla İranın narkotik biznesinin də qarşısını aldı - Deputat
Nərimanov rayonunda hərəkət məhdudlaşdırılıb, avtobusların yolu dəyişdirilib (FOTO) (ƏLAVƏ EDİLİB)
Bakıda ilkin mənzil bazarında qiymətlər ucuzlaşıb
Bakıda ticarət mərkəzi yanır (VİDEO)
Sabirabadda 4 otaqlı ev yanıb
Bakıda yaşayış binasında yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
Qazaxıstanda koronavirusa daha 1 900 nəfər yoluxub
Diplomatik korpus nümayəndələrinin Suqovuşana səfəri başlayıb
Yaponiyanın yeni baş naziri ABŞ-a səfər etmək istədiyini bildirib
Borrel nüvə problemi üzrə İranla danışıqlara hazırdır
İŞİD Əfqanıstandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
Britaniyada koronavirusa 44 mindən çox yeni yoluxma halı qeydə alınıb
Meksika Konqresi Azərbaycan xalqını təbrik edib (FOTO)
BMT Təhlükəsizlik Şurası Haitidəki missiyanın müddətini uzadıb
Türkiyə Suriyadakı terrorçulara qarşı bütün lazımi addımları atacaq - Ərdoğan
Türkiyədə son sutkada koronavirusdan 25 513 nəfər sağalıb
FIFA Əfqanıstandan 100 nəfəri təxliyə edib
Messisiz PSJ "Anje" üzərində qələbə qazandı
Şəmkirdə birmərtəbəli ev yanıb
Böyük Britaniyada deputatı kilsədə bıçaqlanaraq öldürülüb
İrandan Ermənistana, oradan isə Avropaya gedən narkotik marşrutunun qarşısı Azərbaycan tərəfindən alındı - Deputat
Zəfər xronikası 16 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsi (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 16 oktyabr
Dağıstanda avtobus minik avtomobili ilə toqquşub, ölənlər var
Dövlət Əmək Müfəttişliyi Xidməti: 18 oktyabr iş günüdür
Bitkoinin qiyməti 60 min dolları keçib
Türkiyədə 2 PKK terrorçusu zərərsizləşdirilib
"Formula 1" üzrə növbəti Azərbaycan Qran Prisinin keçiriləcəyi tarix bəlli oldu
İranda son sutkada 197 nəfər koronavirusdan ölüb
Ermənistan yalan məlumatlar yayaraq növbəti təxribatlarına zəmin yaratmağa çalışır - MN
Azərbaycanın iqtisadi artım sürəti 4,8 faizə çatıb
Daha 23 ölkənin vətəndaşlarının təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə verildi
Prezident İlham Əliyev "Müstəqillik Günü haqqında" Qanunu imzaladı
Ceyhun Bayramov Fransa nümayəndə heyəti ilə görüşüb (FOTO)
Mədəniyyət naziri Anar Kərimov “Anadolu” Agentliyinə müsahibə verib (VİDEO)
Bakıda Nizami Gəncəvinin 880 illiyinə həsr olunan işıq festifalı keçirilir (FOTO)
Gəncədə fitosanitar monitorinqlər aparılıb
Böyük Britaniya ilə sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub (FOTO)
Seçicilərlə görüşü zamanı bıçaqlanan britaniyalı deputat öldü (ƏLAVƏ OLUNUB)
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir (VİDEO)
AQTA daha iki müəssisədə nöqsanlar aşkarladı
Oktyabrın 18-nə USD/AZN rəsmi məzənnəsi
Multikulturalizm Mərkəzində müstəqilliyin bərpası günü qeyd edilib (FOTO)
"Azəriqaz"da payız-qış rejiminə hazırlıq işləri yekunlaşıb - Ruslan Əliyev
Milli parkın ərazisində ov edən şəxslər 4 min manat cərimələndi
Baş direktor "Azəriqaz"a ən çox edilən şikayətlərdən danışdı
“Old Spice” və “Neftçi” tərəfdaşlıq haqda müqavilə imzalayıb
Noyabrda neçə gün iş olmayacaq?
Rusiyadan idxal olunan 70 tona yaxın toxumluq kartof məhv edilib
Bakı və Abşeron ərazisi 2023-cü ildə tam qazlaşdırılacaq
Əfqanıstanda partlayışda ölənlərin sayı 60-ı keçdi
BDU-nun professoru vəfat edib
Bakıda keçiriləcək Beynəlxalq Biznes Forumla bağlı mətbuat konfransı keçirilib (FOTO)
Yevlaxda "patı" satan dəstə yaxalandı
Dayanma-durma qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib (FOTO)
Zaqatala və Balakəndə qanunsuz ağac kəsilməsilə bağlı cinayət işi başlandı
Gözlənilən hava şəraiti barədə XƏBƏRDARLIQ
ADU-nun qonağı olan pakistanlı rektor Şamaxıda olub, şəhid ailəsi ilə görüşüb (FOTO)
Düşənbədə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib (FOTO)
Kamran Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb
Qarabağa ilk konteyner blok qatarı yola salınıb (FOTO/VİDEO)
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı "online" qəbul zamanı səsləndirilən müraciətlə yerində tanış olub (FOTO)
Sosial mənzil almaq istəyənlərin pulunu mənimsəyən qadının işi məhkəməyə göndərildi
Ərdoğan Türkiyə ilə Azərbaycan arasında yeni qaz sazişini şərh edib
Mətbuat Şurasında intiharla bağlı xəbərlərin mediada işıqlandırılması müzakirə edilib (FOTO)
Ermənistanın ekoloji terroru nəticəsində regionda ekoloji tarazlıq pozulub - Deputat
Abşeronda şəhidlərə il mərasimi keçirilib (FOTO)
Zakir Həsənov Fransa nümayəndə heyəti ilə görüşüb (FOTO)
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidi Cavanşir Əhmədovun anım mərasimi keçirilib (FOTO)
Şəmkirdə şadlıq sarayının rəhbəri cəzalandırılıb
Baş prokuror Kamran Əliyev Gürcüstana səfər edib (FOTO)
Koronavirusa yoluxan körpələrdə hansı simptomlar olur? - AÇIQLAMA
Əlilliyi olan şəxslər 35,6 min reabilitasiya vasitəsi ilə təmin edilib
Bakıda ər arvadını qətlə yetirdi
Uşaqlara peyvəndlər mütləq vurulmalıdır - Mütəxəssis
Azərbaycanda ilk təhsilyönümlü əyləncə parkı açıldı (FOTO)
Azərbaycanda yeni doğulan körpələr arasında COVİD-19-a yoluxma halı aşkarlanıb
Yeni doğulan uşaqlar arasında ölüm hallarının səbəbləri açıqlanıb
“Samur” postunda niyə sıxlıq yaranıb? - AÇIQLAMA
Bakı metrosunun aldığı daha bir yeni nəsil qatar əsaslı təmirə dayandı (FOTO)
AQTİ beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir
Prezident İlham Əliyev: Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır, ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək
Azərbaycan qazı Avropanın qaz idxalının azalmasını kompensasiya edib
Azərbaycanda vərəmin ən çox yayıldığı bölgələr açıqlanıb
İlahiyyat İnstitutunda Yeni Azərbaycan Partiyasının özək təşkilatının sədri seçilib (FOTO)
Bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzil verilib (FOTO)
Kaspersky: kiberbullinq hallarının təxminən üçdə birində insanlar təcavüzkarı şəxsən tanıyırlar
AzTU-da növbəti tədris laboratoriyasının açılışı olub (FOTO)
Azərbaycan və Litva arasında məşğulluq sahəsində təcrübə mübadiləsi aparılıb (FOTO)
Gələn həftə qar yağacaq - Xəbərdarlıq
Bütün xəbərlər